Gürcüstanda 130 nəfər koronavirusa yoluxub

Gürcüstanda 130 nəfər koronavirusa yoluxub
  02 Aprel 2020    Oxunub:1763
Gürcüstanda koronavirusa yoluxanların sayı 130 nəfərə çatıb.
Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, xəstələrdən 23 nəfəri sağalıb. Hazırda karantində 5437, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır.

Qey edək ki, bu günədək dünyada 936 min 204 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 47 min 249 xəstə ölüb. 194 min 538 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti