Oğuz sakini təbiətə 8400 manat ziyan vurub

Oğuz sakini təbiətə 8400 manat ziyan vurub
  02 Aprel 2020    Oxunub:2131
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-dən Azvision.az -a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.

Azvision.az



Teqlər: ETSN   Oğuz  





Xəbər lenti