ABŞ-da koronavirus qurbanlarının sayı 5 mini ötdü

 ABŞ-da koronavirus qurbanlarının sayı 5 mini ötdü
  02 Aprel 2020    Oxunub:2347
ABŞ-da koronavirusdan ölənlərin sayı 5116 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında statistika hazırlayan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilir ki, ABŞ-da yoluxanların ümumi sayı 215 min 417 nəfərdir. Ölkədə ən çox ölüm faktı 1374 nəfər olmaqla Nyu-York şəhərində qeydə alınıb.

Son bir gün ərzində ABŞ-da koronavirus qurbanlarının sayı 1,2 min nəfərdən çox artıb ki, bu da indiyədək ölkə üzrə ən yüksək artımdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti