Bakıda tikinti materialları bazarı yanıb

Bakıda tikinti materialları bazarı yanıb
  02 Aprel 2020    Oxunub:2055
Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Hazirliyindən Azvision.az -a verilən məlumata görə, ümumi sahəsi 5000 m2 olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların yanar konstruksiyaları 350 m2 sahədə yanıb.

Bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: SHN   Yanğın  





Xəbər lenti