Putinlə Ərdoğan koronavirusu müzakirə edib

  01 Aprel 2020    Oxunub : 1865
Putinlə Ərdoğan koronavirusu müzakirə edib
Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, telefon əlaqəsi Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər söhbət zamanı ikitərəfli münasibətləri, regional prosesləri, eləcə də dünyanı bürüyən koronavirusla mübarizə məsələlərini müzakirə ediblər. Liderlər virusla mübarizədə birgə addımlar atmağın vacibliyini vurğulayıblar.

Azvision.az

Teqlər: Ərdoğan   Putin   Türkiyə   Rusiya