Prezident və xanımı Qız Qalasında - FOTOLAR

Prezident və xanımı Qız Qalasında - FOTOLAR
  30 Dekabr 2013    Oxunub:7559
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt Bakının rəmzlərindən biri olan Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olub.

AzVision.az xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev dövlətimizin başçısına və xanımına burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi.
Qız qalası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xatirə şəkli çəkdirdilər.

Qalereya




Teqlər:  





Xəbər lenti