Azvision.az xəbər verir ki, sosial kirayə müqaviləsi əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Anar Kəlbiyev
Azvision.az