İtaliyada karantin müddəti uzadıldı

   İtaliyada karantin müddəti uzadıldı
  01 Aprel 2020    Oxunub:2555
İtaliya hökuməti karantin müddətini aprelin 13-dək uzadıb
Azvision.az -ın məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Roberto Sperantsa deyib. Onun sözlərinə görə, vaxtın artırılması ölkədəki ağır epidemioliji vəziyyətlə bağlıdır:

"Biz mütənasib profilaktik tədbirlər görməklə mövcud məhdudiyyətləri tədricən azaldacağıq" - nazir deyib.

Sperantsa əlavə edib ki, koronavirus üzərində qələbə üçün yol uzun olacaq, çünki dünyada hələ də peyvənd hazırlanmayıb.

Xatırladaq ki, İtaliyada 100 mindən çox insan koronavirusa yoluxub, 12,4 min insan ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti