Nazirlikdə daha bir kadr təyinatı

  01 Aprel 2020    Oxunub : 1596
 Nazirlikdə daha bir kadr təyinatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.
Nazirliyin mətbuat katibi İradə İbrahimova Azvision.az -a deyib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

O, bu təyinata qədər nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.

Qeyd edilib ki, M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.

Azvision.az

Teqlər: ETSN