İndiyədək Azərbaycanda 359 nəfər koronavirusa yoluxub

  01 Aprel 2020    Oxunub : 2299
İndiyədək Azərbaycanda 359 nəfər koronavirusa yoluxub
Ötən müddət ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azvision.az

Teqlər: Koronavirus