Orduya yığılan pul açıqlandı - 109 milyon manat

   Orduya yığılan pul açıqlandı -    109 milyon manat
  01 Aprel 2020    Oxunub:2164
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il aprelin 1-dək daxil olan vəsait açıqlanıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Silahlı Qüvvələrin Yardım Fonduna cari il aprelin 1-dək 109.288.116,60 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Azvision.az



Teqlər: Ordu   Vəsait  





Xəbər lenti