Bakıda ağır yol qəzası: İki qardaş öldü

 Bakıda ağır yol qəzası:    İki qardaş öldü
  01 Aprel 2020    Oxunub:4221
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 31-də saat 17.00 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti