Koronavirusdan ölənlərin sayı 42 mini keçib

  01 Aprel 2020    Oxunub : 1714
 Koronavirusdan ölənlərin sayı 42 mini keçib
Dünyada koronavirusa (COVİD-19) yoluxanların və ölənlərin sayı atmaqda davam edir.

Azvision.az Worldometers.info-ya istinadən xəbər verir ki, son məlumatlara görə, COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 859 min 431 nəfərə çatıb. Bu günədək 42 min 335 insan koronavirusdan dünyasını dəyişib. Virusa yoluxmuş 178 min 322 xəstə sağalaraq evə buraxılıb.