Böyük Britaniya Qarabağdakı “seçkiləri” tanımır

  01 Aprel 2020    Oxunub : 2780
 Böyük Britaniya Qarabağdakı “seçkiləri” tanımır
Böyük Britaniya mart ayının 31-də Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır.

Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı AzərTAc-ın sorğusuna cavabında bildirib.
XİN-in cavabında, həmçinin qeyd edilib ki, Böyük Britaniya ATƏT-in Minsk qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bir daha təsdiqləyir, bu prosesdə Azərbaycanı və Ermənistanı etimadın yaradılması, eləcə də münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri artırmağa çağırır.

Azvision.az

Teqlər: BöyükBritaniya