Həmsədrlər Qarabağdakı “seçkilər”in nəticələrini tanımır

 Həmsədrlər Qarabağdakı “seçkilər”in nəticələrini tanımır
  31 Mart 2020    Oxunub:3350
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) bəyanat yayıblar.
Azvision.az -ın məlumatına görə, həmsədrlər diqqətə çatdırıblar ki, onlar martın 31-də işğal altında olan Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımırlar.

Qeyd olunub ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə, eləcə də başqa ölkələr tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

Bu mənada, həmsədrlər qanunsuz "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmədiklərini vurğulayıblar.

Azvision.az



Teqlər: Qarabağ   Seçki   Həmsədr  





Xəbər lenti