Putinlə görüşən baş həkim koronavirusa yoluxdu

Putinlə görüşən baş həkim koronavirusa yoluxdu
  31 Mart 2020    Oxunub:2925
Ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşən baş həkimdə koronavirus aşkarlanıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 40 saylı Moskva Şəhər Klinik Xəstəxanasının baş həkimi Denis Protsenkonun koronavirus testi müsbət çıxıb. Bu barədə onun özü məlumatı təsdiqləyib.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin səhhəti qaydasındadır və o , mütəmadi olaraq koronavirus testindən keçir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti