"Siz də evdə qalın!" - Miqrasiya Xidmətindən əcnəbilərə çağırış – VİDEO

  31 Mart 2020    Oxunub : 3888
 "Siz də evdə qalın!" - Miqrasiya Xidmətindən əcnəbilərə çağırış – VİDEO
Dövlət Miqrasiya Xidməti koronavirusla mübarizə çərçivəsində #evdəqal həştəqilə aparılan kampaniyaya qoşularaq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün növ sənədləşdirmə işləri və digər prosedurlar üçün evdən çıxma zərurətini sıfıra endirib.
Bu məqsədlə qurum təcili olaraq göstərdiyi elektron xidmətləri də yeniləyib. İndi Dövlət Miqrasiya Xidmətinin saytına daxil olan şəxslər dərhal xüsusi dialoq pəncərəsi vasitəsilə yenilənmiş elektron xidmətlər bölməsinə yönləndirilirlər. Burada onlar özlərinə lazım olan olan bütün rəsmi prosedurları asanlıqla elektron qaydada həyata keçirə bilərlər.

Qurum miqrasiya ilə bağlı bütün məsələlərin evdən çıxmadan necə həll edilməsinə dair tövsiyələrin yer aldığı xüsusi videoçarx da hazırlayıb. Azvision.az həmin videonu oxucularına təqdim edir.



Teqlər: Miqrasiya-Xidməti   Evdəqal