Erməni deputatlar arasında silahlı insident - Təfərrüat

Erməni deputatlar arasında silahlı insident -  Təfərrüat
  31 Mart 2020    Oxunub:2732
Gürcüstanda erməni deputatlar arasında silahlı insident baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin erməni əsilli deputatı Enzel Mkoyan "Facebook" hesabında yazıb.

O bildirib ki, keçmiş polis rəisi 66 yaşlı Samvel Petrosyanın onun yaxın qohumu olan 18 yaşlı oğlanı təhqir etməsi silahlı insidentə səbəb olub. Deputatın sözlərinə görə, evinin yaxınlığında baş vermiş mübahisəni sakitləşdirmək məqsədilə çölə çıxarkən Petrosyan ona 3 dəfə atəş aşıb.

"O, mənə 3 dəfə atəş açdı. Amma mən yana çəkilməklə özümü qoruya bildim. Qarşılığında müdafiə məqsədi ilə mən də iki dəfə havaya atəş açdım. Bu zaman asayiş keşikçiləri onun silahını əlindən almağa müvəffəq oldular".

Faktla bağlı cinayət işi açılıb. Petrosyanın evində aparılan axtarış zamanı 12 növ silah tapılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Erməni   deputat  





Xəbər lenti