İranda koronavirusa yoluxanların sayı 44 mini keçib

 İranda koronavirusa yoluxanların sayı 44 mini keçib
  31 Mart 2020    Oxunub:3080
İranda koronavirusa (COVİD-19) 3111 yeni yoluxma faktı qeydə alınıb.

Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, ölkə üzrə yoluxma sayı 44 min 606-ya çatıb. Xəstələrdən 2898-i ölümcül vəziyyətdədir.
Bundan əlavə, son 24 saat ərzində 141 nəfər həyatını itirib, 14 min 656 nəfər sağalıb.

Qeyd edək ki, İranda bir gündə koronavirusa yoluxanların rekord sayı 3186, ölənlər isə 157 nəfər olub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Koronavirus  





Xəbər lenti