Ermənistanda virusa yoluxanlar artır - 532 nəfər oldu

 Ermənistanda virusa yoluxanlar artır -  532 nəfər oldu
  31 Mart 2020    Oxunub:3460
Ermənistanda daha 50 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Alina Nikoqosyan bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxanların ümumi sayı 532 nəfərə çatıb.

Qeyd edək ki, Ermənistanda aprel ayının 14-dək koronavirusla mübarizə tədbirləri çərçivəsində fövqaladə vəziyyət elan edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Yoluxma  





Xəbər lenti