Gəncədə karantin rejimini pozan obyektlər aşkarlandı

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlandı
  31 Mart 2020    Oxunub:2400
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhərdə həm xidməti avtomobillərlə əhaliyə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir.

Əfsuslar olsun, görülən bu tədbirlərə, polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq, bəzi sahibkarlar

fəaliyyətlərini davam etdirməyə çalışırlar. Baş İdarə əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Sonuncu belə reyd zamanı iki bərbərxana, bir gözəllik salonu, bir ətir mağazası və bir kafe aşkarlanıb. Aşkarlanan iaşə obyektlərinin sahiblərinə inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin olunub.

Bundan başqa, davam etdirilən reyd zamanı yeniyetmə və gənclərin 10 nəfərdən artıq qrup halında toplaşaraq futbol oynaması da müəyyənləşdirilib. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Sonra həmin şəxslər ailələrinə təhvil verilərək valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Azvision.az


Teqlər: DİN   Gəncə  





Xəbər lenti