Bakı polisi vətəndaşlara xəbərdarlıq etdi

Bakı polisi vətəndaşlara xəbərdarlıq etdi
  31 Mart 2020    Oxunub:2479
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib.
İdarədən Azvision.az -a verilən məlumatda bildirilib ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir:

"Xüsusi karantin rejimi çərçivəsində polis DQ-nin hərbi qulluqçuları ilə birgə xidmət aparır. Paytax sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar".

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti