İrandan Türkiyəyə gedən qaz kəmərində partlayış olub

 İrandan Türkiyəyə gedən qaz kəmərində partlayış olub
  31 Mart 2020    Oxunub:2576
İrandan Türkiyəyə qaz nəql edən boru kəmərində partlayış baş verib.

Azvision.az NTV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06:00 radələrində Ağrı əyalətindəki Gürbulak sərhəd-keçid məntəqəsində baş verib.
Partlayış nəticəsində yaranan yanğın 40 metr yüksəkliyə qədər qalxıb. Partlayışın səbəbi müəyyənləşdirilir.

Hazırda qaz təchizatı tamamilə dayandırılıb. Xilasetmə qrupları boruda qalan yanacağın yanaraq bitməsini gözləyirlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Türkiyə  





Xəbər lenti