Azərbaycanda koronavirusa yoluxan məmurun vəziyyəti necədir?

   Azərbaycanda koronavirusa yoluxan məmurun vəziyyəti necədir?
  31 Mart 2020    Oxunub:6104
Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərovla daim əlaqə saxlayıram, hazırda vəziyyəti normaldır.

Bunu Azvision.az -a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib. O bildirib ki, koronavirusa yoluxmuş A.Dilavərovun müalicəsi davam edir.
“Alıcı Dilavərov koronavirusun simptomlarını özündə hiss etmir. Görünür, immuniteti möhkəmdir. Elə insanlar var ki, xəstəliyi ağır formada, elə insanlar da var ki, yüngül formada keçirir. İcra aparatında koronavirus testi keçiriləndə yalnız onda müsbət nəticə olub. İcra hakimiyyətində digər heç kimdə virus tapılmayıb. Alıcı Dilavərovun əlaqədə olduğu şəxslər də karantinə alınıb”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərovun koronavirusa yoluxduğu təsdiqlənib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cəlilabad   Koronavirus  





Xəbər lenti