FHN-in zabiti tağım komandirini bıçaqladı

FHN-in zabiti tağım komandirini bıçaqladı
  30 Dekabr 2013    Oxunub:1296
Şirvanda Fövqəladə Hallar Nazirliyinin zabiti Müdafiə Nazirliyinin hərbi hissəsinin tağım komandirini bıçaqlayıb.
Şirvan şəhər polis idarəsindən AzVision.az-a verilən məlumata görə, dünən saat 21 radələrində Şirvan şəhər sakini 1988-ci il təvəlüdlü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Musayev Samir Zahid oğlu əlində olan cib bıçağı ilə həmin şəhər sakini 1988-ci il təvəllüdlü Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsinin tağım komandiri Quluyev Fuad Elman oğluna xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hazırda Musayev Samir Zahid oğlunun tutulması istiqamətində polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfındən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti