Bu gündən Gürcüstanda komendant saatı tətbiq olunur

Bu gündən Gürcüstanda komendant saatı tətbiq olunur
  31 Mart 2020    Oxunub:1781
Bu gündən etibarən Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə komendant saatı tətbiq olunmağa başlayıb.
Azvision.az xəbər verir ki, hökumətin qərarına əsasən, Gürcüstanda metro və digər ictimai nəqliyyat vasitələri, avtobusların fəaliyyəti müvəqqəti dayandırılıb. Həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Taksilər daxil olmaqla, yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Nəqliyyat vasitələrində arxa oturacaqda iki nəfər əyləşməklə yalnız üç nəfər ola bilər.

Qaydaları pozan şəxlsərin cəzalandırılacağı bəyan edilib.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti