Dini ritual xidmətlərə icazə verilməyəcək

 Dini ritual xidmətlərə icazə verilməyəcək
  31 Mart 2020    Oxunub:3519
Dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri qadağan olunub.

Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd edək ki, Azərbaycanda insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Azvision.az


Teqlər: Qərargah   Din  





Xəbər lenti