Ermənilər sərhəddə yenidən təxribat törədib

  Ermənilər sərhəddə yenidən təxribat törədib
  31 Mart 2020    Oxunub:3076
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətindən (DSX) Azvision.az -a verilən məlumata görə, bu gün saat 17:30-dan başlamaqla Qazax ra­yo­nunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hə­rə­kət edən mülki nəqliyyat vasitə­ləri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxın­lığında yerləşən Ermə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

"Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejimi­nin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələ­rimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: DSX   Təxribat  





Xəbər lenti