Evlərdə repetitorluq xidmətlərinə qadağa qoyuldu

 Evlərdə repetitorluq xidmətlərinə qadağa qoyuldu
  31 Mart 2020    Oxunub:3831
Xüsusi karantin rejimi dövründə fərdi tədris və repetitor xidmətləri qadağan olunub.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə öz əksini tapıb.

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Azvision.az


Teqlər: Qərargah   Repetitorluq  





Xəbər lenti