Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi

   Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi
  31 Mart 2020    Oxunub:4121
Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə öz əksini tapıb.

Qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-lərin fəaliyyətinin davam etdirilməsinə icazə verilir.

Azvision.az



Teqlər: KİV   Qərargah  





Xəbər lenti