Baş Nazir və müavini Naxçıvandakı fonda pul ayırdı

Baş Nazir və müavini Naxçıvandakı fonda pul ayırdı
  30 Mart 2020    Oxunub:2764
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam edir.
Azvision.az -ın məlumatına görə, fonda vəsait köçürənlər arasında Baş Nazir Əli Əsədov və onun müavini Şahin Mustafayev də var.

Belə ki, Baş Nazir fonda 10 min, müavini isə 3000 manat ianə edib.

Qeyd edək ki, fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 24 mart tarixli fərmanı ilə yaradılıb. İndiyədək fondun hesabına ümumilikdə 2 milyon 772 min 910 manat vəsait toplanıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Fond   Başnazir   Müavin  





Xəbər lenti