DİN: Anbarlarda qalan malların onlayn satışına icazə verilir

  DİN:  Anbarlarda qalan malların onlayn satışına icazə verilir
  30 Mart 2020    Oxunub:4061
Daxili İşlər Nazirliyi (DİN) iri ticarət mərkəzlərinin anbarlarında qalan sahibkarlara məxsus malların onlayn satışına icazə verildiyini açıqlayıb.
Azvision.az -ın məlumatına görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb:

“Lakin buna baxmayaraq həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.

Azvision.az




Teqlər: DİN  





Xəbər lenti