Ölkəmizdə indiyədək 273 nəfərdə koronavirus aşkarlanıb

 Ölkəmizdə indiyədək 273 nəfərdə koronavirus aşkarlanıb
  30 Mart 2020    Oxunub:2349
Azərbaycanda indiyədək 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti