İranda ölənlərin sayı yenə artdı - 2757 nəfər

  30 Mart 2020    Oxunub : 2126
 İranda ölənlərin sayı yenə artdı - 2757 nəfər
İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 3186 nəfər artıb.
Azvision.az xəbər verir ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 41 min 495 nəfərə çatıb.

Bundan əlavə, ölkədə 117 nəfər virusdan dünyasını dəyişib, ölü sayı 2757 nəfərə yüksəlib.

Hazırda İranda yeni növ koronavirusa yoluxan 3511 nəfər reanimasiyadadır. İndiyədək 13 min 911 nəfər virusdan sağalıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: İran   Koronavirus   Ölüm