Uşaqlar üçün onlayn təlim keçiriləcək
Hazırda davam edən koronavirus pandemiyası və bununla əlaqədar ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, Komitə tərəfindən bir sıra tədbirlərin onlayn formada keçirilməsi planlaşdırılır.
Bu istiqamətdə növbəti tədbir olaraq uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda 1 aprel 2020-ci il, saat 14:00-da onlayn təlim keçiriləcək.
Təlim uşaqlara müasir dövrün tələblərinə uyğun olaraq, bilik və bacarıqların əldə edilməsi, bu bacarıqların inkişaf etdirilməsi və onlardan səmərəli istifadə yolları məsələlərini əhatə edəcək. Təlim Komitənin rəsmi Facebook səhifəsində canlı yayım formasında keçiriləcək, verilmiş suallar cavablandırılacaq.
Azvision.az