Deputat nəvəsinə “Doğrul” adı qoymaq istədi, icazə verilmədi

 Deputat nəvəsinə “Doğrul” adı qoymaq istədi, icazə verilmədi
  30 Mart 2020    Oxunub:3275
“Dövlət dili gözlənilməlidir. Mən yoruldum bu məsələni səsləndirməkdən”.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

Deputat nəvəsinə “Doğrul” adını qoymaq istədiyini və buna icazə verilmədiyini bildirib: “Ancaq imkan vermədilər. Dedilər ki, “Toğrul” olsun. Milli Məclisdə dövlət dilinin normaları gözlənilir. Hesab edirəm ki, bütün sahələrdə də dövlət dilinin normaları qorunmalıdır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Tahir-Kərimli  





Xəbər lenti