Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

  30 Mart 2020    Oxunub : 1205
 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.

Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.



Azvision.az

Teqlər: Ordu   Təlim