Parlament koronavirusla mübarizəyə 250 min manat köçürüb

Parlament koronavirusla mübarizəyə 250 min manat köçürüb
  30 Mart 2020    Oxunub:2006
Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsində yayılıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib. Spiker bildirib ki, ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün tövsiyələri yerinə yetirilir.

S.Qafarovanın sözlərinə görə, Milli Məclis koronavirusa qarşı mübarizədə yaxından iştirak edir: "Milli Məclisin deputatları və əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox vəsait köçürüblər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti