Şəkidə karantin rejimini pozan kafe aşkarlandı

  30 Mart 2020    Oxunub : 1238
Şəkidə karantin rejimini pozan kafe aşkarlandı
Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub,

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Azvision.az

Teqlər: DİN   Şəki