FHN Bakıda dezinfeksiya işləri aparır

  29 Mart 2020    Oxunub : 1755
FHN Bakıda dezinfeksiya işləri aparır
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, belə ki, dünəndən etibarən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Azvision.az

Teqlər: FHN