Moskvada özünütəcrid rejimi tətbiq ediləcək

  29 Mart 2020    Oxunub : 2387
 Moskvada özünütəcrid rejimi tətbiq ediləcək
Sabahdan Rusiyanın paytaxtı Moskvada özünütəcrid rejimi tətbiq ediləcək.
Azvision.az xəbər verir ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən rejim yaşından asılı olmayaraq, bütün insanlara şamil olunacaq. Rəsmi qurumlar sakinlərə evdə qalmağı tapşırıb.

Qeyd olunub ki, sakinlərin evi tərk etməsinə yalnız təcili tibbi yardım üçün müraciət edildikdə, həyat və sağlamlığa təhlükə olan zaman icazə veriləcək.

Bundan başqa, paytaxt sakinləri ən yaxın ərazidəki mağaza və aptekdə alış-veriş edə biləcəklər. Həmçinin, Moskva ərazisində insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq. Vətəndaşların yaşadıqları ərazidən digər ünvana getmələri üçün xüsusi buraxılış icazəsi tələb olunacaq.

Azvision.az

Teqlər: Rusiya   Koronavirus