Filmlərin ilkin reklam qaydalarına dəyişiklik edildi

Filmlərin ilkin reklam qaydalarına dəyişiklik edildi
  29 Mart 2020    Oxunub:2025
Azərbaycanda filmlərin ilkin reklam qaydalarına dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bu məsələ “Filmlərin yayımı və nümayişi Qaydaları”na dəyişiklik edilməsi ilə bağlı Baş Nazir Əli Əsədovun qərarında öz əksini tapıb.

Dəyişikliyə əsasən, filmlərin yayımı və kütləvi nümayişi ilə məşğul olan fiziki və hüquqi şəxslər filmin ilkin reklamı zamanı filmin nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) filmin yaş kateqoriyasına uyğun işarənin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin edəcəklər.

Azvision.az



Teqlər: Film  





Xəbər lenti