Filmlərin nümayişi üçün yaş kateqoriyaları dəyişdi

  29 Mart 2020    Oxunub : 2077
Filmlərin nümayişi üçün yaş kateqoriyaları dəyişdi
Nazirlər Kabineti filmlərin yayım və nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi qaydalarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, “bütün tamaşaçı kateqoriyaları üçün 14 yaşdan yuxarı olan tamaşaçılar üçün, 18 yaşdan yuxarı olan” sözləri “universal”, “6-”, “6+”, “12+”, “16+”, “18+” sözləri ilə əvəz edilib.

Həmçinin filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilməsi qaydası ləğv edilib.

Bununla da filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən edilməsində yarana biləcək mübahisəli məsələlərə Mədəniyyət Nazirliyinin təhsil, səhiyyə orqanları nümayəndələrindən ibarət yaratdığı mübahisə komissiyası tərəfindən baxılması qaydası da ləğv olunub.

Azvision.az

Teqlər: Film