Bakıda sərnişin avtobusu tuneldə qəza törətdi

  29 Mart 2020    Oxunub : 1396
Bakıda sərnişin avtobusu tuneldə qəza törətdi
Bakının Qələbə meydanındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.
Azvision.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb.



Nəticədə yol ayrıcında quraşdırılmnış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb. Hazırda Agentliyin əməkdaşları qəzanın nəticələrini aradan qaldırır. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Azvision.az

Teqlər: Qəza   Yol