DİN-in tibb personalına təlim keçirilib

DİN-in tibb personalına təlim keçirilib
  29 Mart 2020    Oxunub:1968
Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı keçirilən xüsusi təlim-treninqlər davam edir.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, belə təlimlərdən bir neçəsi Daxili İşlər Nazirliyinin tibb personalı üçün keçirilib. Həmin təlimlərdə nazirliyin Tibb İdarəsində işləyən infeksionistlər, reanimatoloqlar, anestezioloqlar və terapevtlər iştirak ediblər.

Təlimdə koronavirusa yoluxmuş xəstələrlə ilk təmas edən həkimlərə və tibb bacılarına xəstəlik, mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılıb, praktik vərdişlər nümayiş etdirilib.

Qeyd edək ki, təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti