Uhanda yeni yoluxma qeydə alınmadı

  29 Mart 2020    Oxunub : 1822
 Uhanda yeni yoluxma qeydə alınmadı
Çində son sutka ərzində koronavirusa 45 yoluxma qeydə alınıb, 5 nəfər ölüb.

Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələri üzrə Dövlət Komitəsi məlumat yayıb. Ölüm halları Uhanda baş verib.
Ölkədə COVİD-19-un ümumi qurbanlarının sayı 3300-ə çatıb, 477 xəstə sağalıb.

Son sutka ərzində epidemiyanın mərkəzi olmuş Uhanda virusa yeni yoluxma qeydə alınmayıb, 467 nəfər xəstəxanadan buraxılıb. Çin virusa yoluxanların sayı 81 min 439-ə çatıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin