163 aktiv koronavirus xəstəsi həkim nəzarətindədir - Operativ Qərargah

163 aktiv koronavirus xəstəsi həkim nəzarətindədir -   Operativ Qərargah
  28 Mart 2020    Oxunub:2091
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Azvision.az



Teqlər: Qərargah  





Xəbər lenti