Ermənistanda 2 minə yaxın şəxs cəzalandırılıb

 Ermənistanda 2 minə yaxın şəxs cəzalandırılıb
  28 Mart 2020    Oxunub:1852
Ermənistan polisi koronavirus infeksiyasının yayılması səbəbindən tətbiq edilən karantin rejiminin pozulmasına görə 1889 nəfəri inzibati məsuliyyətə cəlb edib.
Azvision.az -ın məlumatına görə, bu barədə Ermənistan polis rəisinin müavini Ayk Mqryan bildirib.

Onun sözlərinə görə, icazə veriləndən daha çox sərnişin daşıdığına görə 48 sürücü inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə cərimənin orta məbləği 100 min dramdır (təxminən 200 ABŞ dolları).

Azvision.az



Teqlər: Ermənistan   Polis  





Xəbər lenti