DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi
Qeyd olunub ki, Xidmət tərəfindən olma müddəti 16 martdan 31 mart 2020-ci il tarixədək şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib.
Müvəqqəti olma müddəti 30 aprel 2020-ci il tarixinədək olan şəxslərlə bağlı isə Dövlət Miqrasiya Xidməti tərəfindən mərhələli qaydada qərarlar qəbul olunacaqdır. Bununla bağlı məlumatlar qısa müddət ərzində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.
Bir daha qeyd edirik ki, qəbul edilmiş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq internet saytmızda (https://eservice.migration.gov.az/public/payments-search ) yerləşdirilmişdir).
Azvision.az