ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırdı

  28 Mart 2020    Oxunub : 1667
 ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırdı
ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbayacana maliyyə dəstəyi ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, 1.7 milyon dollar dəyərində ayrılan yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını qurmağa kömək edəcək.

Son 20 ildə ABŞ Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.

Azvision.az

Teqlər: ABŞ   Azərbaycan   Yardım